Türkiyənin “ASELSAN” şirkəti HHM sistemlərinin inkişafı üçün təxminən 1,5 milyard avroluq müqavilə bağlayıb

A- A A+

Türkiyənin hərbi-sənaye kompleksinin flaqmanı olan “ASELSAN” şirkəti hava hücumundan müdafiə (HHM) sistemlərinin hazırlanması üçün 1 milyard 470 milyon 500 min avro dəyərində müqavilə bağlayıb.

NUHÇIXAN xəbər verir ki, müqavilə Türkiyə Prezidenti Administrasiyasının nəzdində Müdafiə Sənayesi İdarəsi ilə hava hücumundan müdafiə sistemlərinin seriyalı istehsalına əlavə olaraq imzalanıb.

“ASELSAN” şirkəti “Polad günbəz” çoxsəviyyəli Türkiyə hava hücumundan müdafiə sisteminin yaradılmasına əhəmiyyətli töhfə verir. O bir neçə eşelondan ibarət olacaq: qısamənzilli hava hücumundan müdafiə sistemləri, qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və lazer müdafiə sistemləri.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: