Çexiya Avropa İttifaqının (Aİ) startaplar və sürətlə inkişaf edən innovativ şirkətlər üçün daha əlverişli ekosistem yaradılmasına yönəlmiş yeni strategiyasını dəstəkləyib.
NUHÇIXAN xəbər verir ki, hökumət bu təşəbbüsün innovasiya potensialını artıracağını, yeni texnologiyaların tətbiqini sürətləndirəcəyini və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini gücləndirəcəyini hesab edir. Strategiya startapların maliyyələşməyə çıxışının asanlaşdırılmasını, inzibati maneələrin azaldılmasını, yüksəkixtisaslı mütəxəssislərin cəlb olunmasını və innovativ biznes üçün vahid bazarın genişləndirilməsini nəzərdə tutur.
Hesab olunur ki, bu addımlar ölkədə yeni texnologiya şirkətlərinin yaranmasına və onların beynəlxalq bazarlara çıxışına əlavə imkanlar yaradacaq. Rəsmi Praqa, həmçinin elmi tədqiqatların kommersiyalaşdırılmasının, universitetlərlə biznes arasında əməkdaşlığın gücləndirilməsinin və özəl investisiyaların artırılmasının innovasiya ekosisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
