ABŞ İrandan Hörmüz boğazı ilə bağlı öhdəlik tələb edib

A- A A+

ABŞ hakimiyyəti İrandan Hörmüz boğazının gəmiçilik üçün tam açıq olduğunu bəyan etməsini tələb edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkədəki paylaşımında məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Tehran qarşısında gəmilərə hücumlardan imtina etdiyini açıq şəkildə elan etmək tələbi qoyub. ABŞ tərəfi, həmçinin İranın Hörmüz boğazını tam açıq hesab etdiyini bildirməsini istəyib.

Ravid qeyd edib ki, ABŞ bu tələbləri İrana həm birbaşa, həm də vasitəçilər vasitəsilə çatdırıb.

Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq bu ölkəyə qarşı bir sıra zərbələr endirib. Daha sonra ABŞ-nin hücumları dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: