ABŞ Prezidenti Donald Tramp Vitse-prezident Cey. Di. Vensə, xüsusi elçi Stiv Vitkoff, Dövlət katibi Marko Rubioya və digər yüksəkvəzifəli rəsmilərə İranla danışıqları davam etdirməyi tapşırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Telekanalın iddiasına əsasən, növbəti danışıqların şənbə günü Omanda keçirilməsi planlaşdırılır. Bununla belə, ABŞ nümayəndələrinin görüşdə birbaşa iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.
Bundan əvvəl İranın IRNA agentliyi ölkənin xarici işlər naziri Abbas Əraqçinin iyulun 11-də Hörmüz boğazındakı vəziyyəti və regional məsələləri müzakirə etmək üçün Omana səfər edəcəyini bildirmişdi.
