“Reuters”: “Patriot” raketləri ilkin mərhələdə Almaniyada istehsal olunacaq

A- A A+

“Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin ilkin mərhələdə Ukraynada deyil, Almaniyada və ya digər Avropa ölkəsində istehsal olunacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, istehsalın gələcəkdə, münaqişə başa çatdıqdan sonra Ukraynaya köçürülməsi mümkündür.

Ekspertlər hesab edirlər ki, Ukraynada “Patriot” sistemləri üçün raketlərin istehsalının qurulması uzun müddət tələb edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun “Patriot” zenit-raket sistemlərinin istehsalı üçün lisenziyanın Ukraynaya verilməsini nəzərdən keçirdiyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: