Baham adalarında təyyarə qəzasında 10 nəfər ölüb

A- A A+

Baham adalarında "Flamingo Air" aviaşirkətinə məxsus "Cessna 402" yüngül mühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

NUHÇIXAN Haitinin "Tele Patriarche" radiosuna istinadən xəbər verir ki, hadisə arxipelaqın ən böyük adasının Nort-Andros rayonunda baş verib.

Təyyarə qəzası nəticəsində göyərtədə olan doqquz nəfər hadisə yerindəcə həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

"Cessna 402" hava gəmisi (qeydiyyat nömrəsi C6-FLX) paytaxt Nassau (Linden Pindlinq Beynəlxalq Hava Limanı) ilə San-Andros hava limanı arasında daxili reys həyata keçirirdi.

Baham adalarının Aviasiya Nazirliyi araşdırma müddətində aviaşirkətə daşımaları həyata keçirməyi qadağan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: