Qətər Dövlətinin keçmiş əmirinin vəfatı ilə əlaqədar 4 günlük matəm elan edilib

A- A A+

Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə 4 günlük matəm elan edilib.

NUHÇIXAN Qətər Əmirinin dəftərxanasına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq, dövlət bayraqları endirilib, dövlət qurumlarında iş dayandırılıb.

Xatırladaq ki, Qətər Dövlətinin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Tani uzun müddət aldığı xəstəlikdən bu gün 74 yaşında vəfat edib.

1995-ci ildən 2013-cü ilə qədər Qətər Əmiri vəzifəsini icra edən Şeyx Həməd bin Xəlifə Al Tani 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Taniyə təhvil vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: