İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

A- A A+

İran Xarici İşlər Nazirliyi bu gün bildirib ki, Oman Sultanlığı ilə dünən keçirilmiş danışıqlarda Hörmüz boğazında tranzit və yükdaşımalarının idarə olunması məsələləri müzakirə edilib.

NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, nazirliyin sözçüsünün açıqlamasına görə, tərəflər boğazda naviqasiyanın idarə olunması mexanizmlərinə dair fikir mübadiləsi aparıblar. İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Sözçü əlavə edib ki, danışıqların bir hissəsində Qətər nümayəndə heyəti də iştirak edib. Lakin nümayəndə heyətinin iştirakının mahiyyəti və əldə olunan nəticələr barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, müzakirələr regionda gərginliyin artdığı və dünya enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: