Oman Sultanlığının şərq sahilləri yaxınlığında hücuma məruz qalan gəmidən 10 nəfər xilas edilib, bir nəfər isə itkin düşüb.
NUHÇIXAN “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, xilas olunanların və itkin düşən şəxsin Hindistan vətəndaşı olduqları bildirilir.
Gəmi İran və ABŞ arasında qarşılıqlı hücumların davam etdiyi vaxtda hücuma məruz qalıb. Gəminin hansı ölkənin bayrağı altında üzməsi barədə məlumat verilmir.
Hindistanın Omandakı səfirliyinin məlumatına görə, hazırda Oman tərəfi ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bundan əvvəl İran rəsmiləri marşrut üzrə icazəsiz hərəkət etdiyini bildirdikləri gəmiyə xəbərdarlıq atəşi açıldığını və mərminin gəmiyə dəydiyini açıqlamışdılar.
