Honkonqda tayfun səbəbindən 130-dan çox daxili aviareys ləğv edilib

A- A A+

Honkonq güclü "Bavi" tayfunu səbəbindən son sutka ərzində 130-dan çox daxili aviareysi ləğv edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Məlumata görə, iyulun 11-də 64 gəliş və 71 gediş reysi həyata keçirilməyib. Bunlar əsasən Honkonqla Taybey, Qaosyun və Şanxay şəhərləri, eləcə də Osaka, Tokio və Naqoya istiqamətləri üzrə uçuşlar ləğv olunub. Hava əlaqəsinin bərpasının həmin şəhərlərdəki hava şəraitindən asılı olacağı bildirilib.

Bundan əlavə, iyulun 11-də Honkonqu Şanxay, Futszyan və Quançjou ilə birləşdirən 10 yüksəksürətli qatar reysi də dayandırılıb. İyulun 12-nə planlaşdırılan daha 8 yüksəksürətli qatar reysi də ləğv edilib.

Qeyd edək ki, güclü yağışlar və saniyədə 50 metrədək sürətlə əsən küləklərlə müşayiət olunan "Bavi" tayfunu ötən gün Yaponiyanın cənubuna və Tayvana çatıb, həmçinin Çinin materik hissəsinə təsir göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: