Myanmanın Mon əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən 1681 nəfər təxliyə olunub.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Belin çayında suyun səviyyəsinin təhlükəli həddi keçməsi eyniadlı qəsəbənin aşağı ərazilərinin su altında qalmasına səbəb olub. Təxliyə edilənlər üçün 10 müvəqqəti yardım düşərgəsi yaradılıb.
Məlumata görə, çayda suyun səviyyəsi azalmağa başlasa da, sakinlər ehtiyat tədbiri olaraq hələlik düşərgələrdə qalırlar. Hava şəraiti əlverişli olarsa, onların yaxın günlərdə evlərinə qayıtması gözlənilir.
