Böyük Britaniya Rusiyanın Avropada sabitliyi pozmağa yönəlmiş kiber və hibrid fəaliyyətlərdə iştirak etdiyini bildirdiyi şəxslər və qurumlara qarşı yeni sanksiyalar paketi elan edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Sanksiyalar Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli vasitəçi şəbəkələrdə fəaliyyət göstərən kibercinayətkarlar da daxil olmaqla, ümumilikdə 24 fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiya siyahısına, həmçinin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) kiber və hibrid əməliyyatlarına rəhbərlik etməkdə ittiham olunan yüksəkvəzifəli şəxslər- Vyaçeslav Stafeyev, İvan Senin və İvan Kasyanenko da daxil edilib.
Yeni sanksiyalar paketi Avropa İttifaqı ilə koordinasiyalı şəkildə elan olunub.
