Avropa İttifaqı Sudanın qızıl ticarətinə qarşı yeni sanksiyalar tətbiq edib

A- A A+

Avropa İttifaqı (Aİ) Sudanda münaqişənin maliyyələşdirilməsi mənbələrini məhdudlaşdırmaq məqsədilə sanksiyaları sərtləşdirərək qızıl ticarəti sektoruna qarşı yeni tədbirlər qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qərara əsasən, sudanmənşəli qızılın alınması, idxalı və ötürülməsi qadağan olunur. Bununla yanaşı, qızıl hasilatında və emalında geniş istifadə edilən civə və sianidin Sudana satışı, tədarükü, ötürülməsi və ixracına, həmçinin bu məhsullarla bağlı texniki dəstək, vasitəçilik və maliyyə xidmətlərinin göstərilməsinə də məhdudiyyət tətbiq olunur.

Aİ hesab edir ki, qızıl ticarəti ölkədə davam edən silahlı münaqişənin əsas maliyyə mənbələrindən biridir və yeni sanksiyalar zorakılığı körükləyən qüvvələrin gəlirlərini azaltmağa xidmət edəcək. Eyni zamanda, humanitar məqsədlər, ictimai səhiyyə sahəsində fövqəladə hallar və təbii fəlakətlərə cavab tədbirləri üçün nəzərdə tutulan mallar bu məhdudiyyətlərdən istisna edilir.

Yeni qərar Aİ-nin Sudanda beynəlxalq humanitar hüququn və insan hüquqlarının kobud şəkildə pozulması fonunda münaqişə ilə bağlı həyata keçirdiyi ardıcıl sanksiya siyasətinin tərkib hissəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: