Alimlər rabitə, optika və kvant texnologiyalarını inkişaf etdirə biləcək bir laboratoriya təcrübəsində fırlanan qara dəlikdən enerji çıxarılması fenomeni yaradıblar.
NUHÇIXAN “Nature” jurnalına istinadla xəbər verir ki, CUNY qabaqcıl elmi-tədqiqat mərkəzinin tədqiqatçıları obyekti fiziki olaraq fırlatmaq əvəzinə, onun xüsusiyyətlərini məkan və zaman daxilində sürətlə dəyişdirərək ultrasürətli fırlanma illüziyası yaradan stasionar radiotezlikli cihaz hazırlayıblar.
Təcrübə 1969-cu ildə enerjinin müəyyən şərtlər altında fırlanan qara dəlikdən çıxarıla biləcəyini irəli sürən Nobel mükafatı laureatı fizik Ser Rocer Penrouzun irəli sürdüyü ideyalara əsaslanır. Sovet fiziki Yakov Zeldoviç daha sonra kifayət qədər sürətli fırlanan obyektlə qarşılıqlı təsir göstərən dalğaların da enerji hasil edə biləcəyini proqnozlaşdırıb.
Jurnalda dərc olunan tədqiqatın həmmüəllifi Hadi Musa əlavə edib ki, stasionar sistemlə qarşılıqlı təsir göstərən dalğalar imitasiya olunan qara dəlikdən enerji çıxarır və onu gücləndirir, yəni, Penrouze-Zeldoviç prosesinin əsas fizikasını təkrarlayır.
Tədqiqatçılar hesab edirlər ki, bu texnika nəticədə simsiz rabitəni, fotonikanı və kvant informasiya texnologiyalarını təkmilləşdirə, eyni zamanda, ekstremal astrofizika hadisələrini öyrənmək üçün yeni bir yol təqdim edə bilər.
