Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall” Aşağı Saksoniya əyalətinin Unterlüs şəhərindəki yeni istehsal müəssisəsindən Ukraynaya ilk dəfə artilleriya sursatı tədarük edib.
NUHÇIXAN xəbər verir ki, zavoddan göndərilən tədarükə “RH1412” tipli 155 millimetrlik artilleriya mərmiləri daxildir. Digər istehsal sahələrindən isə barıt yükləri tədarük olunur. Şirkətin məlumatına görə, sifarişin artıq yarıdan çoxu yerinə yetirilib, qalan sursat və barıt yüklərinin 2026-cı ilin sonunadək çatdırılması planlaşdırılır.
Yeni nəsil “RH1412” mərmiləri 155 millimetrlik müxtəlif artilleriya sistemlərindən istifadə olunur. Bu mərmilər uzaq mənzili, yüksək döyüş effektivliyi ilə seçilir.
“Rheinmetall” artan tələbatı qarşılamaq məqsədilə mövcud istehsal güclərini genişləndirdiyini və yeni müəssisələr yaratdığını bildirib. Düsseldorfda yerləşən şirkət 2022-ci ildən iriçaplı sursat istehsalını artırıb və 2030-cu ilədək illik 1,5 milyon 155 millimetrlik artilleriya mərmisi istehsal etməyi hədəfləyir.
