Qazaxıstanda yeddi partiya yeni parlamentə namizədlərini irəli sürüb

A- A A+

Qazaxıstanda qeydiyyatdan keçmiş yeddi siyasi partiya ölkənin yeni birpalatalı parlamenti olan Kurultaya namizədlərini irəli sürüb. Ümumilikdə 546 şəxs yeni qanunverici orqana namizəd olacaq.

NUHÇIXAN Qazaxıstan mediasına istinadla xəbər verir ki, “Adilet” partiyası öz siyahısına ən çox sayda - 186 namizəd daxil edib. Respublika Partiyası 76, Qazaxıstan Xalq Partiyası 72, “Auyl” partiyası 69, Qazaxıstan Ak Jol Demokratik Partiyası 63, Baytak Yaşıllar Partiyası 47 və Milli Sosial Demokrat Partiyası 33 namizəd irəli sürüb.

Partiya siyahısına qeydiyyat iyulun 23-də başa çatacaq.

Qazaxıstan Respublikası Kurultayına deputat seçkiləri 23 avqust 2026-cı il tarixinə təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: