Böyük Britaniyada xaricdən gətirilən yoluxucu xəstəliklərin sayı artıb

A- A A+

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yay mövsümündə xaricə səyahət edənləri ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərə qarşı ehtiyatlı olmağa çağırıb.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, agentliyin məlumatına görə, bu il ölkədə xaricdən gətirilən “Zika” virusu və “Denqe” qızdırması kimi ağcaqanadlarla yayılan xəstəliklərlə bağlı artım qeydə alınıb.

Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında Böyük Britaniyada “Zika” virusuna yoluxmanın səkkiz halı təsdiqlənib. Bu il aşkarlanan yoluxmaların dördü İndoneziyadan qayıdan şəxslərdə müəyyən edilib.

Agentlik xaricə səfər edənlərə həşərat əleyhinə vasitələrdən istifadə etməyi, uzunqol paltar və uzun şalvar geyinməyi, zərurət olduqda insektisidlə işlənmiş ağlardan istifadə etməyi tövsiyə edib. Həmçinin səyahət öncəsi tələb olunan peyvəndlərin vurulmasının və malyariyaya qarşı dərman qəbulunun zəruriliyinin yoxlanılmasının vacibliyi vurğulanıb

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: