Brüsseldə binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub

A- A A+

Belçikanın paytaxtı Brüsselin mərkəzində yenidənqurma işlərinin görüldüyü binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, hadisə nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir. Həlak olanların meyitləri yanğın söndürüldükdən sonra liftlərdən birində aşkarlanıb. Digər liftə giriş uzun müddət mümkün olmadığından əlavə qurbanların ola biləcəyi istisna edilmir.

Hadisə zamanı binada təxminən 250 inşaat işçisi olub. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: