Qazaxıstan və Çin rəqəmsal logistika və elektron ticarət sahəsində əməkdaşlığı genişləndirir

A- A A+

İyulun 15-də Şanxayda “Qazaxıstan - Çin: nəqliyyat-logistika əməkdaşlığı və elektron ticarət - yeni texnologiyalar, yeni imkanlar” mövzusunda beynəlxalq biznes-forum keçiriləcək.

NUHÇIXAN QTJ PRESS teleqram kanalına istinadla xəbər verir ki, tədbir iki ölkənin dövlət orqanlarının, nəqliyyat şirkətlərinin rəhbərlərini, maliyyə institutlarını və informasiya texnologiyaları nəhənglərini bir araya gətirəcək.

Müzakirələrin əsas mövzuları strateji tərəfdaşlığın möhkəmləndirilməsi, “Bir qurşaq, bir yol” təşəbbüsünün birgə reallaşdırılması, həmçinin süni intellekt və Avrasiya nəqliyyat marşrutları boyu “ağıllı” terminalların yaradılması ilə sahənin rəqəmsallaşdırılması olacaq.

Qeyd olunub ki, Qazaxıstanın Asiya ilə Avropa arasında mühüm tranzit qovşağı kimi mövqelərinin ardıcıl şəkildə möhkəmləndirilməsi və Çinlə strateji tərəfdaşlıq birgə infrastruktur layihələrinin icrası üçün yeni imkanlar açır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: