Filippində musson və "İnday" qasırğası səbəbindən 26 nəfər ölüb

A- A A+

Filippində cənub-qərb mussonunun və "İnday" qasırğasının güclənməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli media Mülki Müdafiə İdarəsinə (OCD) istinadən məlumat yayıb.

Bundan başqa, torpaq sürüşmələri nəticəsində 9 nəfər yaralanıb, 14 nəfər isə itkin düşüb.

OCD-nin məlumatına görə, musson və qasırğa səbəbindən təxminən 244 min ailə və ya 1 milyon insan zərər çəkib.

Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, 766 ev tamamilə, 853 ev isə qismən dağılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: