Ursula Fon der Lyayen Kiyevdə səfərdədir

A- A A+

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ukrayna paytaxtına səfərə gəlib.

NUHÇIXAN xəbər verir ki, Avropa Komissiyasının Prezidenti səfərlə bağlı sosial mediada paylaşım edib.

Fon der Lyayen qeyd edib ki, bu, tammiqyaslı müharibə dövründə onun Ukraynaya 11-ci səfəridir.

“Bu, xüsusi bir məqamdır. Ukrayna güclü hərbi impuls qazanıb. Vəziyyət yaxşılığa doğru dəyişir. Daha çox və daha sürətli istehsala nail olmağımız üçün müdafiə sənayemizi inteqrasiya etmək məqsədilə yeni təşəbbüslər elan edəcəyəm”, - deyə Avropa Komissiyasının Prezidenti bildirib.

Onun sözlərinə görə, səfər əsnasında Ukraynanın Avropa İttifaqına üzvlüyü və qışa hazırlıq məsələləri də müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: