İspaniya ilə Böyük Britaniyanın dənizaşırı ərazisi olan Cəbəllütariq arasında sərhəd nəzarəti ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, gecə yarısından qüvvəyə minən yeni razılaşma nəticəsində tərəflər arasında 100 ildən artıqdır mövcud olan sərhəd yoxlamaları dayandırılıb, 1908-ci ildə inşa edilmiş metal hasarın sökülməsinə başlanılıb. Bundan sonra Cəbəllütariqə giriş zamanı Şengen rejimi tətbiq olunacaq.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bunu tarixi hadisə adlandıraraq, üç əsrdən sonra tərəflərin qarşılıqlı anlaşmaya nail olduğunu bildirib.
Hər gün 15 mindən çox insan İspaniyadan Cəbəllütariqə əsasən iş məqsədilə gedir. Yeni qaydalar sərhəddə saatlarla davam edən gözləmələri aradan qaldıracaq. Buna baxmayaraq, Madrid və London arasında Cəbəllütariqin suverenliyi ilə bağlı uzun illərdir davam edən mübahisə hələ də həllini tapmayıb.
