Britaniyadan yeni qərar: Yeniyetmələrə gecəyarısı sosial media qadağası gəlir

A- A A+

Böyük Britaniyada yeniyetmələr üçün gecə saatlarında sosial mediadan istifadənin məhdudlaşdırılması planlaşdırılır.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, yeni təklifə əsasən, “Instagram”, “TikTok” və “YouTube” kimi platformalar gecə saat 00:00-dan səhər 06:00-dək 16-17 yaşlı istifadəçilər üçün standart olaraq qapalı olacaq. Bununla belə, yeniyetmələr hesab ayarlarını dəyişərək bu məhdudiyyəti ləğv edə biləcəklər.

Hökumət, həmçinin sosial şəbəkələrdə asılılıq yaradan "avtomatik video oynatma" (autoplay) kimi funksiyaların da standart olaraq deaktiv edilməsini təklif edir. Rəsmilərin fikrincə, bu addımlar yeniyetmələrin diqqətini artırmağa, yuxu keyfiyyətini yaxşılaşdırmağa və ailədaxili münasibətləri möhkəmləndirməyə xidmət edəcək.

Qeyd edək ki, bu təşəbbüs iyun ayında açıqlanan və Britaniyada 16 yaşından kiçik uşaqların bəzi sosial media platformalarından istifadəsini tamamilə qadağan edən planın davamıdır. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: