ABŞ Zərbxanası üzərində Prezident Donald Trampın təsviri olan 1 dollar nominalında yeni qızıl sikkə buraxacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.
"ABŞ müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda Zərbxana azadlığın sönməz irsi və vətənpərvərliyin əbədi simvolunun şərəfinə 1 dollar nominalında yeni qızıl sikkə buraxmağa başlayacaq. Prezident Trampın təsviri ilə", - o qeyd edib.
