Böyük Britaniya 16-17 yaşlı yeniyetmələr üçün gecə sosial şəbəkələrdə "komendant saatı" tətbiq edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Tətbiqlərə giriş standart olaraq 00:00-dan 06:00-dək məhdudlaşdırılacaq.
Həmçinin videoların avtomatik göstərilməsi və sonsuz uyğunlaşdırılmış lent daxil olmaqla, sosial şəbəkələrdən uzun müddət istifadəyə səbəb olan funksiyalar söndürüləcək.
Növbəti ilin yazında qüvvəyə minəcək ədbirlər 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan qadağanı tamamlayacaq. Bununla belə, 16-17 yaşlı yeniyetmələr istədikləri zaman tənzimləmələri müstəqil şəkildə dəyişdirə biləcəklər.
Bundan əlavə, səlahiyyətlilər uşaqların süni intellekt əsaslı çat-botlardan təhlükəsiz istifadəsi üzrə tədbirlər, o cümlədən müntəzəm fasilələr etmək zərurəti barədə xatırlatmalar və yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaradan xidmətlərə qarşı məhdudiyyətlər tətbiq etmək niyyətindədirlər.
