Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib

A- A A+

Almaniyada zəif iqtisadi artım sənayedə məşğulluğa mənfi təsirini davam etdirir. Ötən il emal sənayesində 177 min iş yeri ixtisar olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyi məlumat yayıb. Bildirilir ki, ən böyük ixtisarlar avtomobil sənayesi və onun təchizatçı müəssisələrində qeydə alınıb. Bu sahədə 52 min, maşınqayırma sənayesində 28 min, digər metal sənayesi müəssisələrində isə 24 min iş yeri ləğv edilib.

Dekabrın sonuna emal sənayesində sosial sığorta ilə əhatə olunan işçilərin sayı 6,5 milyon nəfər təşkil edib ki, bu da ölkədə sosial sığortalı məşğul əhalinin təxminən beşdəbirinə bərabərdir.

Ötən il iqtisadiyyat üzrə ümumi məşğulluq da 108 min nəfər azalıb və digər sahələrdə yaradılan yeni iş yerləri sənayedəki itkiləri kompensasiya edə bilməyib.

Eyni zamanda, Bavariyada metallurgiya və elektrotexnika sənayesində bu il və gələn il ümumilikdə 40 minədək iş yerinin ixtisar oluna biləcəyi proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: