Məhkəmə Marin Lö Penin seçkilərdə iştirak hüququndan məhrumetmə cəzasını ləğv edib

A- A A+

Paris Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu iyulun 15-də Milli Birlik (RN) partiyasının Avropa Parlamenti deputatlarının köməkçiləri ilə bağlı iş üzrə 7 iyul tarixli qərardan Kassasiya Məhkəməsinə müraciət etməyəcəyini açıqlayıb. NUHÇIXAN xəbər verir ki, qurum bu qərarın məhkəmə hökmünün ətraflı hüquqi təhlilindən sonra qəbul edildiyini bildirib.

Apellyasiya instansiyası Marin Lö Pen və partiyanın bir sıra rəhbər şəxslərini dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilsə də, məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən xeyli yüngül olub.

Prokurorluq Marin Lö Pen üçün beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası tələb etmişdi ki, bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini faktiki olaraq mümkünsüz edəcəkdi. Lakin məhkəmə seçilmək hüququnun və seçicilərin iradəsinin qorunmasını əsas gətirərək, bu qadağanı 15 aylıq müddətlə məhdudlaşdırıb və həmin müddətin artıq başa çatdığını nəzərə alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: