Rusiyanın Sverdlovsk vilayətində yağış sularından yaranan daşqın sutka ərzində 130 yaşayış evini və 185 həyətyanı sahəni su altında qoyub.
NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) idarəsinin mətbuat xidməti məlumat yayıb.
Ən çox ev İrbit şəhərində su altında qalıb - orada 124 binanı su basıb. Ən çox sahə isə (84 həyət) Nevyansk şəhərində fəlakət zonasında qalıb. FHN-in məlumatına görə, ümumilikdə regionda 443 yaşayış evi və 1 792 həyətyanı sahə hələ də su altındadır.
Ötən gün daşqın səbəbindən İrbit bələdiyyəsində 200-ə yaxın uşaq və onlarla yetkin şəxs təhlükəsiz zonaya köçürülüb.
