Cənubi Koreya Prezidentinin reytinqi 55 %-ə düşüb

A- A A+

Cənubi Koreya Prezidenti Li Çje Myonun reytinqi 55 %-ə düşüb.

NUHÇIXAN "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bunu iyulun 13-dən 15-dək keçirilən "National Barometer" sorğusunun nəticələri təsdiqləyib.

Linin işinin müsbət qiymətləndirilməsi əvvəlki sorğu ilə müqayisədə 3 faiz bəndi, mənfi qiymətləndirilməsi isə 1 faiz bəndi azalaraq 34 %-ə düşüb.

Sorğu göstərib ki, hakim Demokratik Partiyaya dəstək əvvəlki sorğu ilə müqayisədə 4 faiz bəndi azalaraq 38 %-ə düşüb, əsas müxalif Xalqın Gücü Partiyasına dəstək isə 2 faiz bəndi artaraq 22 % təşkil edib.

Hökumətin quru qoşunları, hərbi dəniz donanması və hərbi hava qüvvələri üçün birləşmiş hərbi akademiyanın yaradılması planına gəldikdə isə respondentlərin 55 %-i bu təklifə qarşı çıxıb, 34 %-i isə onu dəstəkləyib.

Sorğu "Embrain Public", "Kstat Research", "Korea Research" və "Hankook Research" sosioloji şirkətləri tərəfindən 1000 nəfər arasında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: