Türkiyə müharibənin Qara dənizə yayılmasını istəmir. Limanları, tankerləri və balıqçı qayıqlarını hədəf almaq və mülki şəxslərin həyatını təhlükəyə atmaq qəbuledilməzdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Qara dənizdə təhlükəsizlik zəmanətləri ilə bağlı Türkiyə dəniz qüvvələrinə rəhbərlik etməyə razılıq verib.
“Biz bu məsələdə müttəfiqlərimizlə həmfikirik. İnanıram ki, İstanbul danışıqları vasitəsilə aparılan müzakirələrin davam etdirilməsi çox faydalı olacaq”, - deyə Hakan Fidan əlavə edib.
