Sergey Koretski Ukraynanın yeni Baş naziri olub

A- A A+

Sergey Koretski Ukraynanın yeni Baş naziri olub.

NUHÇIXAN xəbər verir ki, Ali Rada (parlament) iyulun 16-da onun namizədliyini dəstəkləyib.

Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.

Bu həftə Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə başlayıb. Çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.

Qeyd etmək lazımdır ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: