Gürcüstanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə Gürcüstanla Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib.
Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiyaların təşviqi, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Bu xüsusda, Orta Dəhlizin strateji əhəmiyyəti xüsusi qeyd olunub, onun potensialından daha səmərəli istifadə barədə fikir mübadiləsi aparılıb.
