Macarıstan 2030-cu ilədək külək enerjisi sahəsində yeni imkanlar yaratmağı və bu istiqamətdə istehsal gücünü artırmağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, hökumət bərpaolunan enerji mənbələrinin inkişafına dair strategiya çərçivəsində külək elektrik stansiyalarının sayının artırılmasına diqqət yetirir.
Yeni planlara əsasən, külək enerjisi Macarıstanın enerji balansında daha mühüm rol oynayacaq. Hazırda ölkədə bu sahənin inkişafı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılması və investisiyaların təşviqi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, külək enerjisinin genişləndirilməsi enerji təhlükəsizliyinin gücləndirilməsinə və karbon emissiyalarının azaldılmasına kömək edə bilər.
Macarıstan paralel olaraq Günəş enerjisi və digər alternativ mənbələr üzrə layihələri də davam etdirir.
