Avropada havanın tozla çirklənməsi artır

A- A A+

Alimlər səhra bölgələrindən atmosferə düşən toz hissəciklərinin miqdarının çoxalması səbəbindən Avropada hava çirklənməsinin artması barədə xəbərdarlıq ediblər.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq araşdırmaya görə, bir sıra sənaye tullantılarının azalmasına baxmayaraq, səhra tozunun hava keyfiyyətinə təsiri qitədə daha çox nəzərə çarpır.

Mütəxəssislər 100-dən çox monitorinq stansiyasından məlumatların təhlillini aparıblar və PM10 hissəciklərinin konsentrasiyasını qiymətləndirmək üçün müasir analitik metodlardan istifadə ediblər.

Aparılan araşdırmaların nəticələrinə görə, iqlim dəyişikliyi və quraq dövrlər müxtəlif Avropa ölkələrində toz çirkliliyinin daha da artmasına səbəb ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, bu cür hadisələr insan sağlamlığına mənfi təsir göstərə və ekosistemlər üçün əlavə risklər yarada bilər.

Alınan nəticələr toz mənbələrinin daha ətraflı öyrənilməsinə və Avropa dövlətlərində hava keyfiyyətinin qorunması üçün tədbirlərin hazırlanmasına ehtiyac olduğunu vurğulayır.

Alimlər hesab edirlər ki, hava çirklənməsi ilə mübarizə sağlamlığı qorumaq üçün hərtərəfli yanaşma və davamlı beynəlxalq əməkdaşlıq tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: