Konqoda Eboladan ölənlərin sayı 800 nəfərə çatıb

A- A A+

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı təxminən 800 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib.

"Hazırda 2 073 yoluxma halı qeydə alınıb, onlardan 796-sı ölümlə nəticələnib", - o deyib.

ÜST rəhbərinin sözlərinə görə, hazırkı epidemiya Konqo tarixində miqyasına görə üçüncü olub. Son bir ay ərzində o, əvvəlki bütün Ebola epidemiyalarından daha sürətlə yayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: