Baş nazir: Bakı-Tbilisi-Qars dəmir yolunda yük dövriyyəsi 6 dəfəyədək artıb

A- A A+

Keçən il Orta Dəhlizdə Gürcüstan üzərindən konteyner daşımaları 33 faiz, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutu üzrə yük dövriyyəsi isə təxminən 6 dəfə artıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkmənistan Biznes Forumundakı çıxışında deyib.

Hökumət başçısı qeyd edib ki, Türkmənistanın Gürcüstanın Qara dəniz limanları yaxınlığında logistika və anbar imkanlarını genişləndirmək marağı alqışlanır.

“Biz Türkmənistanın Gürcüstanın Qara dəniz limanları yaxınlığında logistika və anbar imkanlarını genişləndirmək marağını alqışlayırıq. Əminəm ki, mövcud limanlar, eləcə də Anakliya dərin dəniz limanı və onun əsasında yaradılması planlaşdırılan azad sənaye zonası Türkmənistan şirkətlərinin regional bazarlara çıxması üçün mühüm platformaya çevriləcək", - deyə İ.Kobaxidze bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: