Rusiyanın Ukraynanın Zaporojye şəhərinə zərbəsi nəticəsində iki nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib.
Onun sözlərinə görə, daha bir nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
O həmçinin qeyd edib ki, Rusiya qoşunları vilayət mərkəzinə üç aviabomba ilə zərbə endirib.
Hücum nəticəsində yaşayış və qeyri-yaşayış binaları dağılıb və zədələnib, şəhərdə yanğınlar baş verib.
Hadisə yerində xilasetmə işləri davam edir.
