ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib

A- A A+

ABŞ Dövlət Departamenti Meksikanın "Xuarez" (Juárez Cartel) və "Los Viagras" narkokartellərinin xarici terror təşkilatları və xüsusi kateqoriyalı qlobal terrorçular siyahısına daxil edildiyini elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

Qurumdan qeyd edilib ki, hər iki kartel ABŞ vətəndaşlarına, Meksika təhlükəsizlik qüvvələrinə və dinc sakinlərə qarşı çoxsaylı hücumlar həyata keçirmiş narko-terror təşkilatlarıdır.

Dövlət Departamentində vurğulanıb ki, qərar narkokartellərin fəaliyyəti ilə mübarizəyə, onların maliyyə resurslarına çıxışının məhdudlaşdırılmasına və qəddar cinayətlərin maliyyələşdirilməsi üçün istifadə olunan gəlir mənbələrinin qarşısının alınmasına yönəlib.

Qərar qüvvəyə mindikdən sonra qeyd olunan təşkilatların və onlarla əlaqəli şəxslərin ABŞ-də olan və ya ABŞ vətəndaşlarının nəzarəti altında olan aktivləri bloklanacaq. ABŞ vətəndaşlarına həmçinin onlarla maliyyə əməliyyatları aparmaq qadağan edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: