SEPAH: Suriya, Bəhreyn, İordaniya, Oman, Küveyt və Qətərdəki hədəflərə zərbələr endirilib

A- A A+

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İranşəhrdə hərbçilərin ölümünə səbəb olan hücumlara cavab olaraq ABŞ-nin Suriyanın Tənf regionundakı xüsusi əməliyyatlar üzrə komanda mərkəzinə zərbə vurduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi xəbər verib. Xəbər müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

Eyni zamanda, son hücumlara cavab olaraq, İran Bəhreyn, İordaniya, Oman, Küveyt və Qətərdəki ABŞ hədəflərinə də raket və PUA zərbələri endirib.

Omanda isə ABŞ qüvvələrinə məxsus radarın və dəniz müşahidə radarının sıradan çıxarıldığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: