Çin növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələr üçün süni intellekt sahəsində 5000 təlim və seminar imkanı təqdim edəcək.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında bildirib.
Onun sözlərinə görə, Çin ASEAN, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Latın Amerikası və Karib Dövlətləri Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS ilə süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq mərkəzlərinin yaradılmasını dəstəkləyəcək.
Həmçinin Si Cinpin bildirib ki, süni intellektlə işləyən MAZU meteoroloji erkən xəbərdarlıq sistemindən istifadə üçün 30 ölkəyə dəstək göstərəcək.
