Nazir: Aİ-nin yeni sənaye siyasəti və “Made in EU” strategiyası Türkiyəyə zərər verməməlidir

A- A A+

Avropa İttifaqının (Aİ) yeni sənaye siyasəti və Avropa istehsalçılarını qorumağa, həmçinin strateji sənaye sahələrinin dayanıqlığını gücləndirməyə yönəlmiş “Made in EU” strategiyası Türkiyəyə zərər verməməlidir. Ticarət, investisiya və avtomobil sektoruna mənfi təsirlərin aradan qaldırılması üçün intensiv danışıqlar davam edir. Türkiyənin maraqlarını qorumaq üçün bütün səyləri göstəririk.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat Brüsselə ikigünlük səfərinin nəticələrini şərh edərkən bildirib.

Türkiyənin ticarət naziri xatırladıb ki, ötən il Aİ ölkələri ilə ticarətin həcmi 233 milyard dollara çatıb ki, bunun təxminən 62 milyard dolları avtomobil sektoru və ehtiyat hissələri bazarının payına düşüb.

“Aİ Türkiyənin ən vacib ixrac tərəfdaşıdır və Türkiyə onun beşinci ən böyük ticarət tərəfdaşıdır. Bu gün Türkiyə-Aİ Gömrük İttifaqı müqaviləsini yeniləmək vacibdir. Lakin Aİ-yə üzv bəzi dövlətlərin etirazları səbəbindən danışıqlar hələ başlamayıb”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: