UKMTO Yəmən sahillərində ticarət gəmisinin saxlanıldığı ehtimalı barədə məlumat verib

A- A A+

Yəmən sahillərində naməlum şəxslər ticarət gəmisinin göyərtəsinə qalxıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

"Əl-Mükəllədən (Yəmən) 65 dəniz mili cənubda baş vermiş insident barədə məlumat daxil olub. Hərbçilərin məlumatına görə, gəmi Ədən körfəzi vasitəsilə şərq istiqamətində hərəkət edərkən kənar şəxslər onun göyərtəsinə daxil olublar. Hadisənin təfərrüatları araşdırılır", - məlumatda qeyd olunub.

Gəmilərə dəniz təhlükəsizliyi ilə bağlı bu məlumatı nəzərə almaq tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: