Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni Baş naziri Sergey Koretski ilə hökumətin yaxın vaxtlar üçün iş planını müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
"Biz bu gün yaxın vaxtlarda atılacaq addımları, eləcə də Ukraynaya dəstək haqqında razılaşmaların icrası üzrə tərəfdaşlarımızla işi müzakirə etdik", – Prezident qeyd edib.
O bildirib ki, yeni baş nazir ictimaiyyətə və Ali Rada deputatlarına təqdim olunacaq hökumət proqramının hazırlanmasına başlayıb.
Xatırladaq ki, Ukraynanın Ali Radası iyulun 16-da Sergey Koretskini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
