Avropa Komissiyası emissiya ticarəti sistemində nəzərdə tutulan dəyişikliklər çərçivəsində xalis sıfır emissiyalı sənaye üzrə əsas son müddətin 2039-cu ildən daha sonrakı dövrə keçirilməsini təklif edib.
NUHÇIXAN xəbər verir ki, bu addım sənaye müəssisələrinə dekarbonizasiya prosesinə uyğunlaşmaq üçün daha çox vaxt vermək və Avropa istehsalçılarının rəqabət qabiliyyətini qorumaq məqsədi daşıyır.
Təklifə əsasən, bəzi müəssisələr 2040-cı illərin əvvəllərinədək pulsuz karbon kvotalarından istifadə edə biləcək. Brüssel bunu sərt iqlim siyasəti ilə sənayenin iqtisadi dayanıqlılığı arasında tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirir.
Dəyişikliklərin Avropa Parlamenti və üzv dövlətlər tərəfindən müzakirə ediləcəyi, yekun qərarın isə qanunvericilik prosedurundan sonra veriləcəyi gözlənilir.
