Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) daha bir qrup beynəlxalq müşahidəçini akkreditə edib.
NUHÇIXAN Qazaxıstan MSK-nın rəsmi məlumatlarına istinadla xəbər verir ki, dörd xarici ölkəni və üç beynəlxalq təşkilatı təmsil edən 16 müşahidəçi akkreditə olunub.
Bu qərarla 76 beynəlxalq müşahidəçi Qazaxıstanda cari seçki kampaniyası üçün rəsmi olaraq akkreditə olunub.
Xatırladaq ki, ölkənin yeni birpalatalı parlamenti olan Kurultaya növbədənkənar seçkilər 23 avqust 2026-cı il tarixinə təyin edilib.
Birpalatalı parlament sisteminə keçid konstitusiya islahatlarının nəticəsidir.
İyulun 1-də əvvəlki ikipalatalı parlament (Senat və Məclis) rəsmi olaraq fəaliyyətini dayandırıb.
