Astronomlar qayalı ekzoplanetdə atmosfer kəşf ediblər

A- A A+

Astronomlar ilk dəfə öz ulduzunun “mövcudluğu zonasında” yerləşən qayalı ekzoplanetdə atmosfer aşkar ediblər.

NUHÇIXAN “Space.com” portalına istinadla xəbər verir ki, alimlər Yer kürəsindən 48 işıq ili məsafədə yerləşən “LHS 1140 b” qayalı ekzoplanetində atmosfer aşkar ediblər.

Bu kəşf “Qoldiloks zonası” alanan ulduzun yaxınlığında, maye suyun mövcudluğu üçün uyğun məsafədə yerləşən qayalı planetdə atmosferin müşahidə edildiyi ilk hadisədir.

Tədqiqatın aparıcı müəllifi Kollin Herubim bildirib ki, planetin atmosferində helium aşkar edilib və bu, istənilən qayalı ekzoplanetdə həmin fenomenin ilk nümunəsidir.

2017-ci ildə ekzoplanetin kəşfində iştirak edən və yeni tədqiqatın iştirakçısı olan Ceyson Dittmann deyib: “Bu planet təxminən 10 il əvvəl kəşf edilib və yalnız indi deyə bilərik ki, onun atmosferi var”.

Astronomlar qeyd ediblər ki, planetin istixana effekti yaradacaq qədər böyük atmosferi var. Tədqiqatın nəticələri ilə bağlı şərhdə deyilir: “Çox güman ki, bu ekzoplanetdə Yer kürəsindəki yaşayış şərtlərinə yaxın və maye suyun mövcudluğunu dəstəkləyə biləcək şərait olacaq”.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: