Yaponiya parlamenti dövlət bayrağının qəsdən təhqir edilməsini və ya zədələnməsini cinayət hesab edən qanun layihəsini qəbul edib.
NUHÇIXAN Jiji Press agentliyinə istinadla xəbər verir ki, yeni qanuna əsasən, dövlət bayrağını ictimai şəkildə təhqir edən şəxsləri 2 ilədək həbs və ya 200 min yenədək cərimə gözləyir.
Qanunun rəsmi dərc edildikdən 20 gün sonra qüvvəyə minəcəyi gözlənilir. Sənədin qəbulu zamanı bəzi müxalifət nümayəndələri bunun ifadə azadlığına mənfi təsir göstərə biləcəyini bildiriblər.
