Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib

A- A A+

ABŞ Prezidenti Donald Tramp Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb, həmin məktubda Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə təbrikə görə ona təşəkkürünü bildirib və Gürcüstanla əməkdaşlığın möhkəmləndirilməsinə ümid etdiyini ifadə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Yayımçısı məlumat yayıb.

Tramp məktubda qeyd edir: "Suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın dəstəklənməsi üzərində birlikdə çalışaraq, biz əhəmiyyətli tərəqqiyə nail ola bilərik. Daha təhlükəsiz, firavan və dinc gələcəyə doğru birgə irəlilədikcə əməkdaşlığımızın daha da möhkəmlənəcəyini səbirsizliklə gözləyirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: