İran Hörmüz boğazından keçməyə çalışan dörd gəmini saxlayıb

A- A A+

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən dörd gəminin saxlanıldığını bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə SEPAH-ın məlumatına istinadla “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, son saatlarda ABŞ ordusunun dəstəyi ilə dörd gəmi Hörmüz boğazından keçməyə cəhd göstərib. Gəmilər raket və pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyat nəticəsində dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH Hörmüz boğazında minalanmış marşrutla hərəkət etməyə cəhd göstərən iki neft tankerində partlayış baş verdiyini və yanğın qeydə alındığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: