Livan Prezidenti Vaşinqtona səfərə yollanıb

A- A A+

Livan Prezidenti Cozef Aun bu gün səhər ABŞ-nin paytaxtı Vaşinqtona rəsmi səfərə yola düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Bildirilir ki, səfər Livan ilə İsrail arasında Romada keçirilən danışıqlardan sonra reallaşır.

Telekanalın məlumatına görə, ABŞ tərəfi danışıqlarda müsbət irəliləyişin əldə olunduğunu qeyd edib. Mənbələrin bildirdiyinə əsasən, Livan tərəfi siyasi razılaşmaların mərhələli şəkildə praktik addımlarla əvəzlənəcəyinə ümid edir. Həmin addımların ilk mərhələsində İsrail qüvvələrinin Livanın cənubundan məhdud şəkildə geri çəkilməsi nəzərdə tutulur.

Gözlənilir ki, Vaşinqtonda ABŞ rəsmiləri ilə keçiriləcək görüşlərdə Romadakı son danışıqların nəticələri qiymətləndiriləcək, həmçinin əldə olunan razılaşmaların icrasına keçid üçün tələb olunan təhlükəsizlik və siyasi təminatlar müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: